...

Dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən ilahiyyatçı azadlığa buraxıldı

Cəmiyyət Materials 30 Sentyabr 2016 14:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ötən il ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilən “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, aparıcı Ceyhun Cəfərov azadlığa buraxılıb.

Bu barədə Trend-ə C.Cəfərovun vəkili Cavad Cavadov məlumat verib.

O bildirib ki, məhkəmə C.Cəfərovun həbsdən azad edilməsi barədə prokurorluq orqanının təqdimatına baxıb və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Məhkəmənin qərarı ilə C.Cəfərov azadlığa buraxılıb.

Xatırladaq ki, C.Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilib.

İlahiyyatçı C.Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, eyni zamanda Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti