...

Dövlət Komitəsi: Nardaran ziyarətgahındakı Aşura mərasimində qanun pozuntusu olmayıb

Cəmiyyət Materials 12 Oktyabr 2016 16:39 (UTC +04:00)
Bu gün Nardaran qəsəbəsi “Rəhimə xanım” ziyarətgahında keçirilən Aşura mərasimində hər hansı qanun pozuntusu müşahidə edilməyib.
Dövlət Komitəsi: Nardaran ziyarətgahındakı Aşura mərasimində qanun pozuntusu olmayıb

Bakı. Trend:

Bu gün Nardaran qəsəbəsi “Rəhimə xanım” ziyarətgahında keçirilən Aşura mərasimində hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Bu barədə Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov qeyd edib: "Bu gün Nardaran qəsəbəsi “Rəhimə xanım” ziyarətgahında Aşura mərasimi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib və hər hansı qanun pozuntusu müşahidə edilməyib. Bununla yanaşı, onu da qeyd edim ki, ilk dəfə olaraq “Rəhimə xanım” ziyarətgahında qanvermə aksiyası təşkil olunub. Həmin qanvermə aksiyasında 300-ə yaxın qəsəbə sakini iştirak edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti