...

Qeyri-sabit hava şəraiti rayon marşrutlarının hərəkətinə mane olmayıb

Cəmiyyət Materials 17 Oktyabr 2016 15:21 (UTC +04:00)
Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi rayonlara hərəkət edən marşrut avtobuslarının hərəkətinə mane olmayıb.
Qeyri-sabit hava şəraiti rayon marşrutlarının hərəkətinə mane olmayıb

Bakı. Samir Əli - Trend:

Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi rayonlara hərəkət edən marşrut avtobuslarının hərəkətinə mane olmayıb. Bu barədə Trend-ə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

M.Abdullayev bildirib ki, bəzi rayonlara intensiv yağışların və qarın yağmasına baxmayaraq marşrutlar öz qrafiki ilə hərəkət edir: "Əsasən bəzi rayonların dağlıq hissəsinə qar yağıb ki, bu da bizim işimizə mane olmur. Avtomobil yollarında maneə yoxdur. Marşrutlar qrafikə uyğun hərəkət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti