...

Təhlükə: Çaylarda gursululuq daşqın həddinə çatır

Cəmiyyət Materials 27 Oktyabr 2016 16:28 (UTC +04:00)
Uzun müddət respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsinin ölkə ərazisində hakim mövqe tutması və yağıntı mövsümünün uzun müddət davam etməsi ölkədəki əksər çaylarda gursululuğun yaranmasına səbəb olub.
Təhlükə: Çaylarda gursululuq daşqın həddinə çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsinin ölkə ərazisində hakim mövqe tutması və yağıntı mövsümünün uzun müddət davam etməsi əksər çaylarda gursululuğun yaranmasına səbəb olub.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib: “Bu, həm Böyük Qafqaz, həm Kiçik Qafqaz, həm də Talış dağlarının çaylarına aiddir. Bəzi çaylarda isə bu gursululuq daşqın həddinə çatır. Hazırda daşqına keçən yüksək gursululuq Göyçayda, Girdimançayda, Dəmiraparançayda, Kişçayda, həmçinin Böyük Qafqazın şimal-şərq yamacı çaylarında – Qusarçayda, Qudyalçayda, Maralçay, Vəlvələçayda müşahidə edilir. Gursululuq Lənkəran zonasının çaylarında da müşahidə edilir”.

E.Əlizadə bildirib ki, əksər çaylarda gursululuğun daşqın həddinə çatmasının səbəbi həm çaylarda su sərfinin artması, həm də çay yatağının əvvəlki gətirmələrlə dolması və çayların suburaxma qabiliyyətinin xeyli azalmasıdır. Kiçik çaylarda baş verən daşqınlar isə daha çox həmin çay dərələrinin müxtəlif məişət tullantıları ilə dolması, bəzən isə suötürücü kanalların və arxların uzun müddət təmizlənməməsi ilə bağlıdır.

E.Əlizadə deyib ki, hazırda Kür, Araz çaylarında sululuq nisbətən artsa da, gursululuq daha çox dağ çaylarında müşahidə olunur: “Çünki Kür və Araz çaylarının daha çox su topladığı Türkiyədə, İranda elə də çox yağıntı müşahidə edilmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti