...

3 rayon üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib(FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2016 14:52 (UTC +04:00)
Bakı şəhərindəki 117 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
3 rayon üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib(FOTO)

Bakı. Trend:

Bu gün Bakı şəhərindəki 117 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İdarədən Trend-ə verilən məlumata görə, qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, idman zallarının tikilməsi, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti