Bakı. Azad Həsənli - Trend:
Almaniyanın "Lufthansa" aviaşirkəti işçilərinin davam edən tətili nəticəsində şirkətin bu günə nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.
Bu barədə Trend-ə Heydər Əliyev adına Hava Limanından məlumat veriblər.
Hava Limanından bildiriblər ki, bu günə 2 reys nəzərdə tutulmuşdu: Aşqabad - Bakı və Bakı-Frankfurt-na-Mayne.
Məlumatda qeyd olunur ki, bazar günü üçün reyslərin təxirə salınıb-salınmamsı ilə bağlı hələ məlumat yoxdur.