...

“Rossotrudniçestvo” Azərbaycanda nümayəndəlik açacaq

Cəmiyyət Materials 12 Dekabr 2016 16:37 (UTC +04:00)
“Rossotrudniçestvo” Azərbaycan, Ermənistan və Tacikistanda filiallar açmağı planlaşdırır.
“Rossotrudniçestvo” Azərbaycanda nümayəndəlik açacaq

Bakı. Trend:

“Rossotrudniçestvo” Azərbaycan, Ermənistan və Tacikistanda filiallar açmağı planlaşdırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu agentliyin rəhbəri Lyubov Qlebova deyib.

Məlumatda qeyd olunur ki, agentlik bu ilin sonunadək Qırğızıstanın Oş şəhərində nümayəndəlik açacaq.

Bundan başqa, Gəncədə, Ermənistanın Gümri və Tacikistanın Xocənd şəhərlərində nümayəndəlik açmaq planlaşdırılır.

"Rossotrudniçestvo" hazırda 80 ölkədə 94 filiala sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti