AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub

Bakı. Trend:

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Əməkdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək. Agentliyin Oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AZƏRTAC-ın saytında “Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.

İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru A.Aslanov və AİSGOC-un korporativ direktoru E.Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

A.Aslanov müqavilənin imzalanmasının agentliyin həyatında daha bir əlamətdar hadisə olduğunu bildirərək deyib: “AZƏRTAC ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında imzalanan müqavilə yüksək qiymətə layiqdir. Biz bu tərəfdaşlıq müqaviləsinin imzalanmasından böyük məmnunluq duyur və buna görə Əməliyyat Komitəsinin rəhbərliyinə, agentliyimizlə yaxından əməkdaşlıq edən Gənclər və İdman Nazirliyinə, xüsusən nazir Azad Rəhimova dərin minnətdarlığımı bildirirəm”.

Son illər Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan A.Aslanov qeyd edib ki, AZƏRTAC həmin yarışları, o cümlədən ötən il dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, bu ilin iyununda Formula-1 Avropa Qran-prisini, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə işıqlandırıb və bu sahədə lazımi təcrübə toplayıb. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri də Oyunların yüksək səviyyədə işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndiriblər. İslam Həmrəyliyi Oyunları da mühüm idman hadisəsidir. Bu Oyunlarda dünyanın 50-dən çox İslam ölkəsindən 4 minədək idmançı mübarizə aparacaq. AZƏRTAC bu idman tədbirinin də yüksək səviyyədə işıqlandırılması üçün əlindən gələni edəcək.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi uğurların dünyaya çatdırılmasının AZƏRTAC-ın əsas missiyası olduğunu vurğulayan Baş direktor bildirib ki, agentlik bu gün 7 dildə informasiya və 5 dildə videomaterial hazırlayaraq öz kanalları ilə dünyanın hər yerinə yayır. Eyni zamanda, 130-dan çox xarici xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, dünyanın ən böyük media alyanslarında yüksək səviyyədə təmsil olunur. AZƏRTAC-ın həyatında ən böyük uğurlardan biri ötən ay beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu tədbirlərin əhəmiyyətini göstərmək üçün təkcə bir faktı demək kifayətdir: "Konqresin tarixində ilk dəfə idi ki, dünyanın bütün qitələrindən - 80 ölkədən 130 xəbər agentliyini təmsil edən 200 nümayəndə iştirak edirdi. Həmin toplantılarda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik AZƏRTAC-a keçdi.

Biz hazırda həmin təşkilatların saytlarını da idarə edirik. Bu, daha bir mühüm xəbər resursudur. OANA-da dünyanın 35 ölkəsindən 44 nüfuzlu informasiya agentliyi təmsil olunur. Dünya üzrə ümumi xəbər axınının təxminən üçdə ikisi bu təşkilatın üzvü olan agentliklərin payına düşür. OANA-ya üzv ölkələrin ictimai, siyasi, mədəni, idman həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlər, foto və videomateriallar gün ərzində bu qurumun saytında yerləşdirilir”.

AZƏRTAC-ın xarici ölkələrdəki müxbir şəbəkələrinin coğrafiyasının da ildən-ilə genişləndiyini qeyd edən baş direktor deyib ki, hazırda agentliyin 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir. AZƏRTAC-ın sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəylik Oyunlarının dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq, bununla bağlı xəbərlərin daha böyük məkanda yayılmasına şərait yaradacaq.

Genişmiqyaslı idman tədbirlərinin təbliğində medianın mühüm rol oynadığını vurğulayan IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru E.Səfərov Azərbaycanda və dünyada etibarlı xəbər mənbəyi kimi tanınan AZƏRTAC-ın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olmasından məmnunluğunu ifadə edib: “Bu əməkdaşlıq “Bakı-2017”nin işıqlandırılması ilə yanaşı, Oyunların Azərbaycana verəcəyi faydaların təbliği baxımından da möhtəşəm platforma olacaq”.

Yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsinin AZƏRTAC ilə imzalandığını diqqətə çatdıran E.Səfərov bildirib ki, AİSGOC bununla istər yerli, istərsə də beynəlxalq mediaya çıxış əldə edir. Bu gün IV İslam Həmrəyliyi Oyunlarına geniş hazırlıq işləri görülür. Yarışların və tədbirlərin keçiriləcəyi məkanlar, nəqliyyat və digər məsələlərlə bağlı məlumatların cəmiyyətə çatdırılmasında mətbuatın, xüsusən media tərəfdaşının rolu mühüm əhəmiyyətə malikdir.

Bu günədək Azərbaycanda təşkil olunan böyük idman və konsert tədbirlərində könüllülərin xidmətindən geniş istifadə olunduğunu qeyd edən E.Səfərov deyib: “Biz açılış və bağlanış mərasimi üçün könüllülərin qeydiyyatını aparmışıq. Bu, təxminən 4400-dən artıq könüllü deməkdir. Bundan başqa, əməliyyat könüllüləri olmaq istəyən 12 mindən çox gənc qeydiyyatdan keçib. Sevindirici haldır ki, onların 75 faizi birinci Avropa Oyunlarında iştirak etmiş, 25 faizi isə yeni könüllülərdir. Qeydiyyatdan sonra onların hər biri ilə fərdi müsahibə olacaq. Daha sonra onların bacarığına, dünyagörüşünə uyğun olaraq, 16 idman obyektində və 9 qeyri-idman obyektində könüllülərin xidmətindən istifadə edəcəyik”.

IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 150 gündən az vaxt qaldığını bildirən Əməliyyat Komitəsinin korporativ direktoru məlumat verib ki, hazırlıq işləri plana uyğun gedir. Birinci Avropa Oyunlarından Azərbaycana çoxlu idman qurğuları qalıb. Yarışların keçiriləcəyi 16 idman obyektindən 9-u birinci Avropa Oyunlarında istifadə olunub. Qalan obyektlərdə təftiş işləri aparılır və onlar da tezliklə yarışlara hazır vəziyyətə gətiriləcək.

İdmanın xalqlar arasında körpü rolunu oynadığını diqqətə çatdıran E.Səfərov IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin tarixini, mədəniyyətini, qədim ənənələrini təbliğ etmək baxımından əla imkan olduğunu bildirib. O, Oyunların ölkə iqtisadiyyatına, turizminə, mədəni həyatına müsbət impuls verəcəyinə əminliyini ifadə edib.

Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib (FOTO)
Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib (FOTO)
TRT Qarabağla bağlı sənədli film hazırlayır
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Loading Bars
Xəbər lenti
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Bütün xəbərlər