...

UNEC-də “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2016 15:40 (UTC +04:00)
Bu gün “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirib.
UNEC-də “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirib.

Universitetdən Trend-ə verilən məlumata görə, seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur Şirkəti” və “Global Venture Alliance” (GVA) fondunun təşəbbüsü ilə təşkil edilib.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev İnnovativ Biznes İnkubatorda reallaşdırılan start-up layihələri barədə söz açıb, Texnologiya transfer mərkəzi haqqında məlumat verib.

Aparıcı təlimçi Maksim Kisilyov “İnnovativ start-up üçün liderlik və komanda işi” mövzusunda çıxış edib. O, start-up üçün liderin funksiyalarından söz açıb, bu mühitdə liderin rolunu xüsusi vurğulayıb. Natiq, uğurlu start-up şirkətlərinin timsalında liderlərin qiymətləndirilməsi və komandanın toplanılması üsullarını izah edib. Start-up şirkəti üçün toplanan qrupun komandadan fərqi, liderin qrupda və komandadakı xüsusiyyətləri, komandanın formalaşma mərhələləri seminar iştirakçılarının xüsusi marağına səbəb olub. Belbin və Adizes nəzəriyələrinə uyğun olaraq, komandada rolları açıqlayıb.

Liderin ünsiyyət bacarığından danışan M.Kisilyov istənilən auditoriya ilə səmərəli ünsiyyət qurmaq metodları, inandırıcı olmağın prinsip və texnologiyaları, komandanın qeyri-maliyyə motivasiyası yollarını izah edib. Komandanın əsas iştirakçılarının təyin olunması və onların motivasiyasının yüksəldilməsi sirlərini açıb. Layihənin təsisçi, mentor, işçi və investorunun motivasiyası yollarını açıqlayıb. Komandanı ruhlandıracaq göstəricilər sistemi, strategiyanın, məqsədə çatmağın və motivasiyanın əlaqəsi, o cümlədən maliyyə və qeyri-maliyyə motivasiya balansı sahəsində biliklərini bölüşüb.

Müzakirələrdən sonra seminar öz işini yekunlaşdırıb. İştirakçılar seminarı innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqların aşılanmasında mühüm rol oynayacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti