...

Avropa Olimpiya Komitəsi: Avropa Oyunları Azərbaycana böyük uğurlar gətirdi

Cəmiyyət Materials 10 Yanvar 2017 13:18 (UTC +04:00)
Azərbaycan hər zaman böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir.
Avropa Olimpiya Komitəsi: Avropa Oyunları Azərbaycana böyük uğurlar gətirdi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan hər zaman böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, I Avropa Oyunlarını buna misal göstərmək olar: "Avropa Oyunları Azərbaycana böyük uğurlar gətirdi. Bu, Rio Olimpiya Oyunlarında da özünü göstərdi və Azərbaycan 18 medal qazandı. İnanıram ki, Azərbaycan bundan da böyük uğurlar əldə edəcək”.

Y.Kosiyançiç xatırladıb ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək: “İnanıram ki, Belarus Azərbaycanın təcrübəsindən istifadə edəcək. Çünki Bakıda Avropa Oyunları yüksək səviyyədə keçirildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti