...

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Cəmiyyət Materials 24 Yanvar 2017 09:51 (UTC +04:00)
Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakı. Trend:

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlər üçün səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 46 nömrəli tam orta məktəbdə (Ünvan: Bülbül küçəsi 36) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti