Bakı. Samir Əli - Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov cənub bölgəsində vətəndaşları qəbul edəcək.
Xidmətdən Trend-ə verilən məlumata görə, görüş fevralın 16-da saat 10:00-da qurumun Astara rayon şöbəsinin inzibati binasında olacaq. Görüş zamanı A.Rəhimov Lənkəran şəhərinin, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 14-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.