...

Çinin səfiri Vey Cinxua BDU-da olub (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2017 14:52 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Çinin səfiri Vey Cinxua BDU-da olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin ən tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. 2004-cü ildə Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisası üzrə 8 buraxılışın olduğunu deyən rektor, həmin ixtisası bitirən 60 məzunun əksəriyyətinin Çin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə müxtəlif universitetlərdə təcrübə keçdiyini, bir neçə məzunun isə Çinin aparıcı təhsil ocaqlarının doktorantura pilləsində təhsillərini davam etdirdiyini bildirib. Rektor 2011-ci ildən BDU-nun nəzdində yaradılan Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin uğurlu fəaliyyət göstərdiyini də diqqətə çatdırıb, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib.

Səfir Vey Cinxua öz növbəsində, universitetlə əyani tanışlığın onda yüksək təəssürat yaratdığını söyləyib və elm-təhsil sahəsində görülən işlərin əhəmiyyətindən danışıb. Universitetlərarası müəllim-tələbə mübadiləsini, mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab etdiyini deyən səfir Vey Cinxua gələcək əməkdaşlığa dəstək olacaqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti