Bakı. Trend:
Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Trend-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.