...

Xəzər sahilində 4 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2017 17:56 (UTC +04:00)
Lənkəran şəhəri dəniz sahilində 4 ədəd tank əleyhinə mina (3 ədəd TM-62M və 1 ədəd TM-62P3) və 1 ədəd partlamamış hərbi sursat (MVÇ-62 partladıcısının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Xəzər sahilində 4 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

Bakı. Trend:

Lənkəran şəhəri dəniz sahilində 4 ədəd tank əleyhinə mina (3 ədəd TM-62M və 1 ədəd TM-62P3) və 1 ədəd partlamamış hərbi sursat (MVÇ-62 partladıcısının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

(Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 93 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 964 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 685 153 kv.m ərazi (356 553 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti