...

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə Bədən Tərbiyəsi və İdman Akademiyası anlaşma memorandumu imzalayıb (FOTO)

Cəmiyyət Materials 7 Mart 2017 19:28 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə Bədən Tərbiyəsi və İdman Akademiyası anlaşma memorandumu imzalayıb (FOTO)

Bakı. Trend:

Bu gün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Anlaşma memorandumu uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində nəzərdə tutulan əməkdaşlıq bərabərlik və birgə maraqlar əsasında qurulur.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev açıb. O, vurğulayıb ki, hər iki təşkilat Azərbaycan cəmiyyətinin inkişafına töhfə verə biləcək vətəndaşların formalaşdırılması uğrunda çalışırlar. Son 1 ildə Akademiyada aparılan geniş yenidən qurma işləri, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni idman ixtisasları və Akademiyanın davamlı şəkildə həm yerli, həm beynəlxalq miqyasda əməkdaşlıq əlaqələrinin genişləndirməsi bunun əyani sübutudur.

Imzalanma mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək bildirib ki, əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılması sahələri, sağlam həyat tərzinin formalşdırılması üzrə kadr hazırlığı sahəsində, birgə maarifləndirmə təlimlərinin, yay məktəblərinin, düşərgələrin, seminarların və konfransların, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edir.

Sonda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti