...

Bakıda 5-ci sinif şagirdi itkin düşdü

Cəmiyyət Materials 4 Aprel 2017 11:24 (UTC +04:00)
Bakıda 5-ci sinif şagirdi orta məktəbdən çıxandan sonra itkin düşüb.
Bakıda 5-ci sinif şagirdi itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda 5-ci sinif şagirdi orta məktəbdən çıxandan sonra itkin düşüb.

Bu barədə Trend-ə şagirdin anası məlumat verib. Məlumata görə, Nərimanov rayonu, 200 saylı orta məktəbin 5-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Ağamir Nəcəfli dünən günorta saatlarında oxuduğu orta məktəbdən çıxıb, amma evə qayıtmayıb.

Hazırda şagirdin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti