...

Bakıda məktəbdə zəhərlənən 9 şagird evə buraxıldı

Cəmiyyət Materials 15 Aprel 2017 12:08 (UTC +04:00)
Bakının Sabunçu rayonundakı 22 saylı orta məktəbdə zəhərlənən 9 şagirdin vəziyyəti sabitləşib.
Bakıda məktəbdə zəhərlənən 9 şagird evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Bakının Sabunçu rayonundakı 22 saylı orta məktəbdə zəhərlənən 9 şagirdin vəziyyəti sabitləşib. Bu barədə Trend-ə 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki,şagirdlər həkimlər tərəfindən təkrar müayinə ediləndən sonra bu gün xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, hadisə martın 14-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Zəhərlənən məktəblilər dərhal 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti