...

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2017 19:03 (UTC +04:00)
Aprelin 15-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilib.
“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 15-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, laboratoriya zamanı kiçik ekoloqlara “Yer günü” ilə bağlı geniş məlumat verilib, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilib.

Daha sonra uşaqlar Azərbaycanın Qırmızı Kitabı ilə tanış olmuş və ora daxil olan heyvanlar haqqında maraqlı faktlar öyrənərək, onları qorumağın vacibliyi haqda məlumatlandırılıblar.
Təlim müddətində planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunub. Həmçinin uşaqlar nəsli kəsilmiş heyvanların ayaq izlərini hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təlimçilərlə birgə güllərdən herbari düzəltmək və əyləncəli interaktiv oyunlarda iştirak etmək imkanı əldə ediblər.

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırıb, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti