...

"Deloitte" Bakı məktəblərində "Gələcəyi Yaşıllaşdıraq" interaktiv görüşləri keçirib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2017 12:15 (UTC +04:00)
Deloitte Bakı məktəblərində "Gələcəyi Yaşıllaşdıraq" interaktiv görüşlər keçirib.
"Deloitte" Bakı məktəblərində "Gələcəyi Yaşıllaşdıraq" interaktiv görüşləri keçirib (FOTO)

Bakı. Trend:

Deloitte ətraf mühitin qorunması proqramlarına xüsusi diqqət yetirir. Məhz bu səbəbdən, aprel ayı qlobal Deloitte şəbəkəsində “EKO AYI” hesab edilir.

Proqram çərçivəsində Deloitte Azərbaycanın əməkdaşları son iki həftə ərzində Bakı şəhərinin Pirşağı, Kürdəxanı, Müşviqabad və Lökbatan qəsəbələrinin 112, 113, 320 və 233 saylı orta ümumtəhsil məktəblərində “Gələcəyi Yaşıllaşdıraq” mövzusunda 2-ci və 3-cü sinif şagirdləri ilə interaktiv görüşlər keçirib.

Layihə çərçivəsində uşaqlarla ətraf mühitin əhəmiyyəti və gündəlik həyatımızda onu necə qoruya bilərik barədə maraqlı söhbətlər aparılmış və uşaqların bu mövzuda davamlı şəkildə məlumatlı qalmalarını təmin etmək üçün, onlara əyani vəsaitlər paylanılıb. Görüşlər dibçəklərdə müxtəlif dekorativ güllərin şagirdlərlə birgə əkilməsi ilə tamamlanıb. Deloitte Azərbaycan heyəti əmindir ki, təşkil edilmiş aksiyalar uşaqların ətraf mühitə olan qayğısını daha da artırır və gələcəkdə ətraf mühitə dəyəcək zərərin azalmasına xidmət göstərir.

Deloitte adı Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, “Deloitte Global”) müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi və digər əlaqədar xidmətlər göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə müştərilərini beynəlxalq səviyyəli imkanlar, yüksək keyfiyyətdə xidmətlər və ən çətin iş məsələlərinin həlli üçün lazımi ideyalar ilə təmin edən əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte, Fortune Global 500® üzrə beş şirkətdən dördünə öz xidmətlərini göstərir. Deloitte-un təxminən 244,000-dən artıq peşəkar mütəxəssisinin təklif etdiyi fərq yaradan həllər haqqında ətraflı məlumat üçün bizi Facebook, LinkedIn və ya Twitter səhifəmizdə izləyin.

Deloitte & Touche MMC DTTL-in Azərbaycandakı üzv şirkətidir. Deloitte-un Bakı ofisi 2002-ci ildən fəaliyyət göstərir. 100-ə yaxın peşəkar heyət ilə Deloitte Azərbaycanda audit, vergi və hüquq, konsaltinq və maliyyə məsləhəti sahəsində peşəkar xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti