...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

Cəmiyyət Materials 1 May 2017 18:54 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

Bakı. Trend:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 23-dən 27-dək Avropa Kommisiyasının TAİEX aləti çərçivəsində Paris şəhərində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsi mövzusunda tədbir keçirilib.

Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi vəzifəsini icra edən Heydər Məmmədov, həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyev və Baş İdarənin böyük prokuroru Mövlud Mirzəliyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində nümayəndə heyəti Fransanın Milli Antikorrupsiya Agentliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Maliyyə və İqtisadiyyat Nazirliyi və Dövlət Sektorunda Şəffaflıq üzrə Ali Qurumunun nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair Fransa qanunvericiliyi, bu sahədə mövcud olan beynəlxalq standartların tətbiqi, məlumat verən şəxslərin müdafiə metodları, habelə dövlət qulluqçularının fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Fransanın rəsmilərinə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti və korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair qəbul edilmiş milli qanunvericilik və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti