...

İRAD: Təhsildən yayınma səbəblərindən biri də internetdən lüzumsuz istifadədir

Cəmiyyət Materials 1 İyun 2017 12:22
Bu gün uşaqların təhsildən yayınmasının, onlara qarşı zorakIlıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir.
İRAD: Təhsildən yayınma səbəblərindən biri də internetdən lüzumsuz istifadədir

Trend-i buradan izləyin

Bakı İlhamə İsabalayeva – Trend:

Bu gün uşaqların təhsildən yayınmasının, onlara qarşı zorakIlıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, bu hallar komitəni narahat edir. Belə halların qarşısını almaq üçün maarifləndirmə işlərini genişləndirmək lazımdır:

“Bu gün erkən yaşda nikaha məcbur edilən, təhsildən yayınan uşaqlar da var. Bu da bizi narahat edir. Bu gün erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti uşaqlar üçün yaradılan imkanları daim genişləndirir. Uşaqlar da bu imkanlara qarşı adekvat cavab verməli və bilik, bacarıqlarını artırmalı, gələcəkdə rəqabətə davamlı olmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər”.

H.Hüseynova bildirib ki, bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb:

"Monitorinq qrupları, eyni zamanda zərərçəkmiş uşaqlarla profilaktiki iş təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər".

H.Hüseynova onu da əlavə edib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması yalnız 1 iyunda yada salınmır:

“Bu gün bəşəriyyəti düşündürən məsələlərdən biri uşaqların hüquqlarının qorunmasıdır. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ən vacib istiqamətdir”.

Komitə sədri bildirib ki, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin 300 mini uşaqlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti