...

İdman Akademiyasına qəbul olmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 5 İyun 2017 12:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən tələbə qəbulu ilə bağlı bu gündən başlayaraq, xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.

Trend-in məlumatına görə, sınaq imtahanları iyunun 20-dək hər gün saat 10:00-dan 17:00-dək keçiriləcək. İmtahanlar İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında keçiriləcək. Sınaq imtahanları abituriyentlər üçün ödənişsizdir.

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti