...

18 nömrəli marşrut xəttinin hərəkəti dəyişdiriləcək (FOTO)

Cəmiyyət Materials 9 İyun 2017 13:55
18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik ediləcək.
18 nömrəli marşrut xəttinin hərəkəti dəyişdiriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayı sərnişin axınına uyğun olaraq 23-dən 33-nə qədər artırılacaq.

Qeyd edək ki, 11.02.2017-ci il tarixində 7 nömrəli müntəzəm sərnişindaşıma marşrut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə 18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Bakı Nəqliyyat Agentliyi bununla bağlı apardığı monitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti