...

"Azərsu" sədrindən QƏRAR: "Şəhid bulaqları"nın su pulu dövlət hesabına ödəniləcək

Cəmiyyət Materials 16 İyun 2017 20:44 (UTC +04:00)
Mingəçevir şəhərindəki "Şəhid bulağı"nda sudan istifadə haqqı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödəniləcək.
"Azərsu" sədrindən QƏRAR: "Şəhid bulaqları"nın su pulu dövlət hesabına ödəniləcək

Bakı. Samir Əli - Trend:

Mingəçevir şəhərindəki "Şəhid bulağı"nda sudan istifadə haqqı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödəniləcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, bu barədə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qərar verib.

Qeyd edək ki, bundan əvvəl Mingəçevirdə "Şəhid bulağı"na sayğac quraşdırılması ilə bağlı məlumat yayılmışdı.

A.Cəbrayıllının sözlərinə görə, faktla bağlı araşdırma aparılıb və problem həllini tapıb:

"Hazırda Mingəçevirdəki "Şəhid bulağı"nda mexaniki sayğac quraşdırılıb. Bu, suyun sərfiyyatını bilmək üçündür. Buna görə şəhid ailəsi heç bir məbləğ ödəməyəcək. Həmin pul "Azərsu" ASC-nin hesabına ödəniləcək. Amma bu, yalnız şəhidlərin xatirəsinə inşa edilən bulaqlara aiddir. Məsələn, biri şəxsi vəsaiti hesabına bulaq inşa etdirib adını "Hacı bulağı" qoyursa, yaxud hansısa binanın qarşısında bulaq tikilibsə, həmin bulaqdan istifadə edilən suya görə sakinlər pul ödəməlidirlər. Əgər kimsə özünü reklam etmək üçün ehsan adı ilə "Hacı bulağı" tikdiribsə, həmin bulaqda istifadə edilən suyun pulunu ödəməlidir. Əks halda, həmin bulaqlara su verilməsi kəsiləcək və ya bulaqlar ləğv ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti