...

Naftalanda aşkarlanan yararsız ətlər zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 30 İyun 2017 13:20 (UTC +04:00)
Naftalan şəhərində aşkarlanan ətlərin müayinəsi başa çatmış və zərərsizləşdirilib.
Naftalanda aşkarlanan yararsız ətlər zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

Naftalan şəhərində aşkarlanan ətlərin müayinəsi başa çatmış və zərərsizləşdirilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilir ki, iyunun 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.

Naftalan Şəhər Polis Şöbəsinin müraciətinə əsasən, Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilin yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyi aşkar edilib. Ətlərin qida üçün yararlılığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamilə yararsız olması müəyyən edilib.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Naftalan Şəhər Polis Şöbəsinə göndərilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq, insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalmış, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı avtomobilinin yük yerində aşkarlanmış və müvəqqəti saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 65 kq olan heyvan cəmdəyinin və daxili orqanlarının zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti