...

"Yaya hazırsan?" kampaniyasının qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2017 16:19 (UTC +04:00)
“Azərsun Holdinq” və “Bazarstore” tərəfindən həyata keçrilən “Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşib.
"Yaya hazırsan?" kampaniyasının qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

“Azərsun Holdinq” və “Bazarstore” tərəfindən həyata keçrilən “Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşib.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, 21 gün ərzində davam edən kampaniyanın iştirakçıları üçün “Azersun Arena”da son illərin ən sevilən ifaçılarından olan Miri Yusif və əməkdar artist Röya Ayxanın iştirakı ilə möhtəşəm konsert təşkil edilib.

Tədbir zamanı keçirilən lotereya ilə 10 ədəd soyuducu, 10 ədəd kondisioner, 10 ədəd Antalyaya səyahət paketi 1 ədəd "Nissan Kicks" avtomobili öz sahibini tapıb. Böyük maraqla qarşılanan konsertə minlərlə insan qatılıb. Stadionun tribunalaranı tam dolduran Miri Yusif və Röya sevərlər konsertdən əsl zövq alıblar. Əsl bayram ab-havasının hökm sürdüyü konsert proqramında həmçinin, son dövrlərin ən sevilən ifaçılarından olan və öz fərqli üslubu ilə yeni hitlər yaradan JİN ləqəbi ilə tanınan Ceyhun Zeynalov da çıxış edib.

Qeyd edək ki, “Yaya hazırsan?” kampaniyası çərçivəsində “Bazarstore” super marketlər şəbəkəsindən 25, 45 və ya 60 manat dəyərində “AZƏRSUN” istehsalı olan məhsullardan alanlara, anında yay mövsümü üçün nəzərdə tutulmuş hədiyyə, Miri Yusif və Röyanın iştirak etdiyi konsertə bilet və lotereya kuponu təqdim edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti