...

İnterpol Rusiyada cinayət törədən bu azərbaycanlını axtarır

Cəmiyyət Materials 18 İyul 2017 10:28 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
İnterpol Rusiyada cinayət törədən bu azərbaycanlını axtarır

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1967-ci ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olan İlqar Rüstəmov Rusiyada cinayət törətməkdə təqsirləndirilir.

O, Rusiyada azyaşlıya qarşı seksual hərəkətlər etməkdə günahlandırılıb. Rusiyanın məhkəmə orqanı İ.Rüstəmovun istintaqa cəlb edilməsi və barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

İstintaqdan yayınan İ.Rüstəmov məhkəmə qərarı ilə axtarışa verilib. İnterpol həmin qərar əsasında təqsirləndirilən şəxs barədə beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti