...

Bakının daha iki parkında pulsuz "Wi-Fi" olacaq (ÖZƏL)

Cəmiyyət Materials 12 Sentyabr 2017 13:48 (UTC +04:00)
“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Dədə Qorqud və Nərimanov parklarınadək genişləndirib
Bakının daha iki parkında pulsuz "Wi-Fi" olacaq (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirib.

Bu barədə özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti