...

"Carlsberg Azerbaijan" və Uber avtomobil sürücülərini ayıq sürücülüyə çağırır

Cəmiyyət Materials 15 Sentyabr 2017 16:22 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın bütün pivəbişirənlərinin "Ümumdünya məsuliyyətli pivə istehlakı günü" (Global Beer Responsibility Day) adlı qlobal təşəbbüsü çərçivəsində ölkənin ən böyük pivə şirkəti olan Carlsberg Azerbaijan beynəlxalq taksi xidməti Uber ilə əməkdaşlıq edərək pivə istehlakçılarını ayıq sürücülüyə çağırır.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2015-cü ildə dünyanın ən iri pivə bişirən zavodları tərəfindən başlanmış "Ümumdünya məsuliyyətli pivə istehlakı günü" təşəbbüsü ayıq sürücülüyün vacibliyi barədə əhalinin məlumatlılığının artırılmasına, yetkinlik yaşına çatmayan şəxslərin spirtli içkilərin istehlakının yolverilməzliyinə və ümumilikdə spirtli içki istehlakı mədəniyyətinin inkişafına yönəlib. Ötən illər ərzində Şərqi və Qərbi Avropanın, və Asiyanın onlarla ölkəsində bu təşəbbüsün çərçivəsində aksiyalar keçirilib. Сarlsberg Group da məhsullarının olduğu bölgələrdə ayıq sürücülük və məsuliyyətli spirtli içki istehlakı məsələlərinə böyük diqqət yetirir.

Bu il də Carlsberg Azerbaijan şirkəti avtomobil sürücülərini ayıq sürücülüyə çağıran aksiya keçirir. Beynəlxalq taksi xidməti Uber ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin onlarla pivə satışı nöqtələrində (publarda) Xırdalan pivəsini sifariş verərkən pulsuz gediş kodu ilə flayer təqdim olunacaqdır.

Aksiya sentyabrın 16 və 17-də keçiriləcək və 500 Xırdalan pivəsi istehlakçılarına Uber-dən pulsuz gediş imkanı verəcək.

Carlsberg Azerbaijan-ın korporativ münasibətlər üzrə departamentinin rəhbəri Nadejda Ovsyannikova: «Carlsberg Group-un bir hissəsi olaraq biz ayıq sürücülük və ümumilikdə məsuliyyətli spirtli içki istehlakı məsələsinə böyük diqqət yetiririk. Qeyd etmək istəyirəm ki, məsuliyyətli istehlak Birlikdə Sıfıra Doğru (Together Towards Zero) üzrə dayanıqlı inkişaf proqramımızın prioritetlərindən biri sayılır və məsuliyyətsiz istehlak səbəbindən yollardakı bədbəxt hadisələrin sayının tədricən minimuma endirilməsi bizim üçün böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, aksiya ictimaiyyət üçün bir çağırış olacaq və bir daha diqqəti bu məsələnin vacibliyinə yönəltəcək».

Ümumdünya məsuliyyətli pivə istehlakı günü (Global Beer Responsibility Day) – 2015-ci ildə əsası qoyulmuş Ümumdünya məsuliyyətli pivə istehlakı günü Anheuser-Busch InBev, Carlsberg və Heineken-in bütün sahələri əhatə edən illik təşəbbüsüdür. Onun məqsədi pivə istehsalçılarının, topdan və pərakəndə satış nümayəndələrinin, dövlət və hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların və digər tərəflərin məsuliyyətinin gücləndirilməsi və əhəmiyyətinin işıqlandırılmasıdır. Bu gün pivə istehsalçıları sərxoş sürücülüyün, yetkinlik yaşına çatmayan şəxslərin spirtli içkilərin istehlakının qarşısının alınmasının və digərlərin daxil olduğu spirtli içkinin ziyanlı istifadəsini azaltmaq məqsədini daşıyan bir sıra proqramlar təşkil edir.

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtının 10 kilometrliyində yerləşir. 75%-dən çox bazar payı ilə ölkənin pivə sahəsinin lideri olmaqla şirkət Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən iri müəssisələrindən biridir və yüzlərlə vətəndaşın iş yeridir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər işləyir və 400 nəfərə yaxın işçi dolayı yolla işləyir (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafına şirkət investisiyalarının ümumi məbləği 47 milyon AZN təşkil edir, illik vergi ayırmaları 20 milyon AZN-ə qədər təşkil edir. Carlsberg Azerbaijan məhsulları Azərbaycan bazarının təxminən 75%-ni tutur (off-trade kanalı), bunlara Xırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika 4, Kuler, Əfsanə, Jiqulyevskoye firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon kimi tanınmış brendlər aiddir.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hazırda dünyada ən iri pivə istehsalçılarından biri sayılır. Şirkətin mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionu - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində olan zavodlara sahibdir, onun məhsulları 150 ölkədə təmsil olunur. Şirkətin portfelində 140-dan çox pivə markası mövcuddur. Qrupun əməkdaşlarının ümumi sayı 45000-dən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti