...

197 şəxsin Azərbaycana gəlişi məhdudlaşdırıldı

Cəmiyyət Materials 19 Sentyabr 2017 14:43 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

2017-ci ilin avqust ayı ərzində Dövlət Miqrasiya Xidmətində (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2837 qərar qəbul edilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, onlardan 272-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1375-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 969-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 197-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 24-ü müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Ümumiyyətlə, ötən ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7181 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 113982 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Ay ərzində DMX tərəfindən 1 maarifləndirmə tədbiri və 1 səyyar xidmət təşkil edilib. Həmçinin, “Beynəlxalq Sülh Günü” münasibətilə Qusarda, Zaqatalada və Lənkəran Dövlət Universitetində rayon ictimaiyyətinin iştirakı ilə “Azərbaycan Dövlətinin yeritdiyi sülhsevər siyasət və bu siyasətin miqrasiya prosesinin tənzimlənməsinə təsiri”, “Miqrantların hüquqlarının müdafiəsi Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri kimi” və “Miqrantların cəmiyyətə inteqrasiyası” mövzularında tədbirlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti