Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 24-ü Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Beləliklə, BANM I ixtisas qrupu üzrə ölkə lideri oldu.
Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM bununla da I ixtisas qrupu üzrə tarixi rekordu müəyyənləşdirdi. Belə ki, buna qədər böyük rəqabətin getdiyi I qrupda heç bir universitet maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmamışdır.
24 Prezident təqaüdçüsündən 7 nəfər 700 bal, 13 nəfər 695 bal, 1 nəfər 691 bal, 3 nəfər isə 690 bal toplayıblar. Onlardan 21 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2 nəfər “Kimya mühəndisliyi”, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.
Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərin sayı 101 nəfərə çatdı.
Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü
Ali məktəb |
Prezident Təqaüdçülərinin sayı |
Azərbaycan Tibb Universiteti |
26 |
Bakı Ali Neft Məktəbi |
24 |
Azərbaycan Dövlət İqtisad Universiteti |
17 |
Bakı Dövlət Universiteti |
16 |
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası |
9 |
“ADA” Universiteti |
6 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
1 |
Naxçıvan Dövlət Universiteti |
1 |
UFAZ |
1 |
Polis Akademiyası |
1 |