Bakı. Samir Əli - Trend:
Tovuz rayonunda ağır yol qəzası olub. Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Rayon ərazisində hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun kənarındakı kanala aşıb.
Tovuz rayonunda su kanalına aşan avtomobildə olan şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, səhər saatlarında idarəetməni itirərək kanala aşan "Mercedes" markalı avtomobildə olanların hər ikisi kişidir. Onlardan biri rayonun İsmayıllı kənd sakini Namiq Nəsirov, digəri isə rayonun Qaraxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədrzayev Emin Allahverdi oğludur.
Hər iki yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda Namiq Nəsirovun vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.