...

Düşən yağıntının miqdarı Mərkəzi-Aran rayonlarında 1-20 mm olub

Cəmiyyət Materials 26 Sentyabr 2017 11:24 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti