...

Sürüşmə zonaları aktivləşib - Lənkəran-Lerik yolu nəzarətə alındı (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2017 17:46 (UTC +04:00)
Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib.
Sürüşmə zonaları aktivləşib - Lənkəran-Lerik yolu nəzarətə alındı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib. Trend-in məlumatına görə, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

Trend-ə "Azəravtoyol" ASC-dən verilən məlumata görə, əraziyə dərhal "Azəravtoyol"un əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Xəbər lenti

Xəbər lenti