...

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqələrinin qalibləri bəlli olub

Cəmiyyət Materials 13 Oktyabr 2017 11:10 (UTC +04:00)
"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq.
"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqələrinin qalibləri bəlli olub

Bakı. Trend:

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2017-ci il 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

“2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti