...

İstirahət gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 28 Oktyabr 2017 12:15 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
İstirahət gününün hava proqnozu açıqlandı

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti