...

Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq

Cəmiyyət Materials 6 Noyabr 2017 10:10 (UTC +04:00)
"Azintelecom" şirkəti hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır
Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azintelecom" şirkəti hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır ki, bu da gələcəkdə Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmağa imkan verəcək.

Bu barədə Trend-ə özəl olaraq şirkətdən bildiriblər.

Şirkət nümayəndəsinin sözlərinə gröə, məlumatların coğrafi rezervləşdirilməsi istifadəçilərin şəxsi məlumatlarının ikiqat təhlükəsizliyini təmin etməyə imkan verəcək.

"Internet World Stats"ın məlumatına görə, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti