...

Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 15 Noyabr 2017 11:38 (UTC +04:00)
Noyabrın 24-25-də Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Bakı. Trend:

Noyabrın 24-25-də Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Trend-in məlumatına görə, “Azərsu” ASC-nin ev sahibliyi ilə həyata keçiriləcək konfransa Qlobal Saziş Azərbaycan Şəbəkəsi, Clarivate Analytics, Türkiyənin Hak-İş Konfederasiyası da partnyorluq edir.

Konfransda qlobal dünyamızda Davamlı İnkişaf Məqsədlərinin təbliği və təşviqi ilə bağlı elmi məruzələrin dinlənilməsi və həmin məruzələr ətrafında müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Konfransda dünyanın 20-dən çox ölkəsini və beynəlxalq qurumları təmsil edən 50-dən çox xarici qonağın, eləcə də olkəmizin bu sahənin mütəxəssisləri olan alim və ekspertləri iştrak edəcəklər.

Davamlı İnkişaf üzrə beynəlxalq elmi konfrans iştrakçıların qarşılıqlı əlaqələr qurmaq imkanlarını artıracaq, beynəlxalq alim və mütəxəssislər şəbəkəsini daha da genişləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti