...

Bakı və Gəncə MDB-də qış səyahəti üzrə TOP-10-a daxil olub

Cəmiyyət Materials 24 Noyabr 2017 11:06 (UTC +04:00)
"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.
Bakı və Gəncə MDB-də qış səyahəti üzrə TOP-10-a daxil olub

Bakı. Trend:

"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.

Trend-in məlumatına görə, reytinq bu qış mövsümündə turist səfərlərinin populyarlığının təhlili üzrə hazırlanıb. Reytinqə əsasən Azərbaycanın Bakı və Gəncə şəhərləri dekabrın 30-dan yanvarın 8-dək Yeni il tətilində istirahət edəcək ruslar arasında MDB ölkələrində qış səfərlərinin ilk onluğuna daxil olub.

TOP-10-a daxil olan şəhərlər bunlardır: Minsk, Almatı, Bakı, Astana, Yerevan, Daşkənd, Brest, Bişkek, Kişinyov və Gəncə.

MDB-də ucuz səfərlər üzrə Bişkek, lüks istirahət üzrə isə Bakı liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti