...

Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək

Cəmiyyət Materials 24 Noyabr 2017 15:55 (UTC +04:00)
Azərbaycanda həmkarlar ittifaqının üzvü olmayan təşkilatlar işçilərdən həmkarlar ittifaqına üzvlükhaqqı çıxa bilməyəcək.
Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Həmkarlar ittifaqları” haqqında qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 20-ci maddəsinin 2-ci hissəsində “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözü əlavə edilir.

Dəyişikliyə əsasən yalnız həmkarlar ittifaqına üzv olan təşkilatlar üzvlükhaqqı yığıb ödəyə biləcək. Üzv olmayan təşkilatlardan üzvlük haqqının yığılması məcburi olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti