...

Artilleriyaçıların döyüş hazırlığı yoxlanılıb (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2017 13:22 (UTC +04:00)
Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib.
Artilleriyaçıların döyüş hazırlığı yoxlanılıb (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti