...

Azərbaycanda nə qədər əhali var? - Açıqlandı

Cəmiyyət Materials 14 Dekabr 2017 15:34 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 341 nəfərə çatıb.
Azərbaycanda nə qədər əhali var? - Açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 341 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti