...

Valideynlərin 2/3-si evdə uşaqları üçün bunu edir

Cəmiyyət Materials 19 Dekabr 2017 10:44 (UTC +04:00)
Azərbaycanda valideynlərin 2/3-si evdə uşaqları üçün kitab oxuyur.
Valideynlərin 2/3-si evdə uşaqları üçün bunu edir

Bakı. İlhamə Isabalayeva -Trend :

Azərbaycanda valideynlərin 2/3-si evdə uşaqları üçün kitab oxuyur.

Trend-in məlumatına görə, bunu bu gün “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı mərasimində Təhsil Problemləri İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.

O qeyd edib ki, “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün - 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur.

İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır.

E.Əmrullayev onu da əlavə edib ki, məktəbəqədər təhsilə kompleks yanaşmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti