...

Naxçıvanda Ədliyyə Nazirliyinin Regional Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb

Cəmiyyət Materials 27 Dekabr 2017 12:19 (UTC +04:00)
Naxçıvanda Ədliyyə Nazirliyinin Regional Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.
Naxçıvanda Ədliyyə Nazirliyinin Regional Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb

Bakı. Samir Əli -Trend:

Naxçıvanda Ədliyyə Nazirliyinin Regional Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov deyib.

O qeyd edib ki, regional mərkəz artıq fəaliyyət göstərir: "Hazırda mərkəz Naxçıvanda müstəqil fəaliyyət göstərir, müstəqil ekspertizalar keçirir. Doğrudur, işçi götürərkən bizə müraciət edirlər, lakin fəaliyyətləri tam müstəqildir".

Ümumilikdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycanda 3 regional filialının fəaliyyət göstərdiyini deyən F.Cavadov bildirib ki, Şəki, Gəncə və Şirvanda yerləşən həmin filiallarda bölgələrdə baş verən hadisələrlə bağlı ekspertizalar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti