...

Artezian quyularının naqillərini oğurladı - əhalinin suyu kəsildi

Cəmiyyət Materials 4 Yanvar 2018 12:21 (UTC +04:00)
Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
Artezian quyularının naqillərini oğurladı - əhalinin suyu kəsildi

Bakı. Samir Əli - Trend:

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 2-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və ayrı-ayrı kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev olması məlum olub. Aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə - Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurlu kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə, 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti