...

BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnal çapdan çıxıb (FOTO)

Cəmiyyət Materials 5 Yanvar 2018 19:20 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu jurnalların ilk sayları çapdan çıxıb.
BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnal çapdan çıxıb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) və Low Dimensional Systems jurnallarının ilk sayları çapdan çıxıb.

Universitetdən Trend-ə verilən məlumata görə, Low Dimensional Systems jurnalı Bakı Dövlət Universiteti, New Materials, Compounds and Applications jurnalı isə Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatı tərəfindən təsis edilib. Qeyd edək ki, hər iki jurnalın mövzusu təsadüfi seçilməyib və Azərbaycanda ənənəvi elmi məktəblərə və tanınmış alimlərə malik olan elm sahələrinə həsr edilib. Təsisçilərin məqsədi Azərbaycan alimlərinin bu sahələrdə müntəzəm olaraq aldıqları nəticələri operativ şəkildə dünya elmi mühitinə çatdırmaq və dünya alimlərinin yeni innovativ elmi nəticələrini bu jurnallarda çap etməklə onların sənaye və iqtisadiyyatımızın aktual sahələrinə tətbiq edilməsinə nail olmaqdır. Hər iki jurnalın redaksiya heyəti dünyanın 15-dən artıq ölkəsini təmsil edən tanınmış alimlərindən təşkil olunub. İlk nömrələrdə Abel Məhərrəmov, Hirotaka İhara (Yaponiya), S.I.Şah (ABŞ), Armando Pombeiro (Portuqaliya), Elina Yanovska (Ukrayna), Dariusz Sternik (Polşa), K.Kordas (Finlandiya) və s. kimi dünyanın ən yüksək reytinqli mütəxəssislərinin yeni materiallar, birləşmələr və onların tətbiqləri, kiçik ölçülü sistemlərin aktual problemlərinə həsr edilmiş rəyləşdirilmiş məqalələri dərc edilib.

Hər iki jurnalın ilk nömrəsi BDU-nun qarşıdan gələn 100 illikyubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indekslə bazalarına daxil olacağına əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti