...

BNA Zığ şossesində baş verən qəza ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 6 Yanvar 2018 21:18 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi Bakıda Zığ şossesində sərnişin avtobusunun iştirakı ilə baş verən qəza ilə bağlı məlumat yayıb.
BNA Zığ şossesində baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi Bakıda Zığ şossesində sərnişin avtobusunun iştirakı ilə baş verən qəza ilə bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, yayılan məlumatda bildirilir ki, bu gün saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hazırda hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə, hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

"Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq", deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti