...

Xəbərdarlıq: Hava qeyri-sabit keçəcək

Cəmiyyət Materials 9 Fevral 2018 12:38 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti