...

ABŞ-ın Hyuston şəhərində azərbaycanlılar yəhudi icmasına dəstək verib (FOTO)

Cəmiyyət Materials 1 Mart 2018 08:38 (UTC +04:00)
Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, ölkəmizin ABŞ-dakı Səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresi nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib və ötən il Harvi qasırğası nəticəsində zərər görmüş bu məkanda aparılan bərpa işləri ilə tanış olub.
ABŞ-ın Hyuston şəhərində azərbaycanlılar yəhudi icmasına dəstək verib (FOTO)

Bakı. Trend:

Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, ölkəmizin ABŞ-dakı Səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresi nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib və ötən il Harvi qasırğası nəticəsində zərər görmüş bu məkanda aparılan bərpa işləri ilə tanış olub.

Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudu Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.

Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.

Maddi yardıma görə dərin təşəkkürünü bildirən ravvin David Rozen anti-semitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.

Bu fikirlərlə həmrəy olan ölkəmizin ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olması, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək olduğunu qeyd edib. İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra Azərbaycan və yəhudi icmasının nümayəndələri digər doğuran məsələlər ətrmüafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti